2018-10-12
12 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Həsən Məmmədzadə ilə Tacikistan Milli Universitetinin rektoru İmomzoda Mahmadyusuf arasında görüş keçirilmişdir.

Rektor Tacikistan Milli Universitetin 1947-ci ildə təsis olunduğunu və sözügedən təhsil ocaqda 17 fakültə və 86 kafedra fəaliyyət göstərdiyini bildirmişdir. Rektor İ.Mahmadyusuf daha sonra Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu və gələcəkdə Azərbaycanın Bakı Dövlət Universiteti ilə Tacikistanın Milli Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə etmişdir.

Səfir H.Məmmədzadə Azərbaycanın Tacikistana dost münasibət bəslədiyini bildirmiş, həmçinin Azərbaycan Respublikası Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən azərbaycanlı tələbələrin digər ölkələrdə təhsil proqramının formalaşdırıldığını və bu çərçivədə yüzlərlə Azərbaycanlı gəncin xarici ölkələrdə təhsil aldığını diqqətə çatdırmışdır. Səfir ölkəmizdə müxtəlif Beynəlxalq Gənclər Forumların keçirildiyini və gələcəkdə sözügedən tədbirlərdə Tacikistan tələbələrin qatıla biləcəkləri barədə məlumatı diqqətə çatdırmışdır.

Görüş zamanı təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və perspektivləri müzakirə edilmişdir.

növbəti xəbər əvvəlki xəbər