2017-12-05
Cari ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Abbasəli Həsənov Tacikistan Respublikasının Dövlət torpaq və geodoziya komitəsinin sədri Racabboy Axmadzoda arasında görüş keçirmişdir.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq hissi bildirilərək, Azərbaycanın Qafqaz regionunda peyklərə malik yeganə dövlət olduğu qeyd olunmuşdur. Azərkosmos ASC-nin malik olduğu imkanları kənd təsərrüfatı, fövqəladə hallar, meliorasiya, geologiya, şəhərsalma, torpaq ehtiyatları və b. sahələr üzrə tətbiq edilməsi müzakirə olunmuşdur.

Səfir A.Həsənov Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi ilə bağlı Bakıda və Düşənbədə keçirilən tədbirlər barəsində Racabboy Axmadzodanın diqqətinə çatdırmış və ölkələrimiz arasında olan əlaqələrin ölkə prezidentləri cənab İlham Əliyevin və cənab Emomali Rahmon arasında mövcud səmimi dostluq əlaqələrinə söykəndiyini qeyd etmişdir .

Görüş zamanı tərəflər xalqlarımızın ənənəvi tarixi dostluq münasibətlərinə malik olması, qədim Gəncə və Xucand şəhərlərinin qardaşlaşmış şəhərlər olmasının ikitərəfli münasibətlərə töhvə verməsindən məmnunluq hissi ilə qeyd olunmuşdur.

Səfir A.Həsənov Bakı və Düşənbə arasında birbaşa təyyarə reysinin açılmasının mövcud əlaqlərin daha da dərinləşməsinə kömək edəcəyini Racabboy Axmadzodaya bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər